Sumqayıtda dəmir yol qəzası baş verdi
6 Oktyabr 2010 10:26
Milli.Az xəbər portalı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində dəmiryol xətti ilə kəsişdiyi ərazidə qeydə alınıb.
Sumqayıt "Etilen-Polietilen" zavodu istiqamətində hərəkət edən qatarın benzolla dolu sonuncu 3 vaqonu relsdən çıxıb. Yanğın hadisəsi və benzolun ətrafa dağılması baş verməyib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir.
Milli.Az