Məşhur müğənni "Arşın mal alan" operettasından oxudu - VİDEO

22 Noyabr 2013 10:56

Rusiyalı müğənni Telli ilə Vəlinin duetini repertuarına daxil edib

Rusiya estradasının tanınmış simalarından olan Jasmin Üzeyir Hacıbəyovun yaradıçılığına müraciət edib.

Anspress-in məlumatına görə, Jasmin bəstəkarın "Arşın mal alan" operettasından Telli ilə Vəlinin duetini ifa edib. "Denqi yest" (Pulun var?) kompozisiyasını sənətçi Rusiyanın birinci kanalında yayımlanan konsert zamanı oxuyub.

Səhnəyə şərq elementləri olan mavi geyimdə çıxan müğənnini rəqqasələr müşayiət ediblər.

"Arşın mal alan" Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operettadır.

Milli.Az