Qarşılayın: Xbox One gəldi - FOTOSESSİYA

22 Noyabr 2013 11:37
ABŞ-ın Microsoft korporasiyası yeni Xbox One oyun konsolunun satışlarına başlayıb.

Satışlar hələlik 13 ölkədə, o cümlədən ABŞ, Avstraliya, Yeni Zelandiya, Britaniya və s. ölkələrdədir.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, oyun konsolunda artıq yalnız Xbox-un təchiz edildiyi Dead Rising 3, Ryse: Son of Rome, Killer Instinct və s. var.


Xbox One-da 8 nüvəli mərkəzi prosessor, 8 qeqabayt operativ yaddaş, 500 qeqabaytlıq sərt disk var. Konsol Kinect 2.0 kontrollerinə də malikdir.

Xbox One-un satış qiyməti 499 avrodur.


Analitiklərin fikrincə, Microsoft korporasiyası ilin sonunadək ən azı 2 milyon Xbox One sata biləcək. IHS analitik şirkəti bildirir ki, uzunmüddətli perspektivdə Xbox One konsolu əsas rəqibi, Yaponiyanın Sony korporasiyasının istehsalı olan PlayStation 4-ü geridə qoya bilər.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 



Fotolar: Daily Mail