IBM commerce sistemini tətbiq edib

4 Aprel 2015 19:25
Rusiyadakı BKS maliyyə qrupu fərdi marketinq kampaniyalarının reallaşdırılması üçün IBM Commerce sistemini tətbiq edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, layihə GlowByte Consulting şirkəti tərəfindən həyata keçirilib.

IBM Commerce müştərilər haqda qiymətli məlumatları əldə etmək üçün analitik alətləri istifadə edir. Hazırda BKS internet-treydinq, broker əməliyyatları və investisiya strategiyalarının hazırlanması üzrə məsləhət xidmətlərinin həcmini 20 faiz artırıb.

Milli.Az