Milli.Az 4charx.com-a istinadən bildirir ki, Subaru nümayəndələrinin sözlərinə görə, prototip markanın yığcam yolsuzluq avtomobillərinin inkişaf etdiriləcəyi dizayn üslubu istiqamətinin nümayişi üçün yaradılıb. Eyni zamanda, bir-birindən asılı olmayaraq Car Advice və Motoring nəşrləri şəxsi mənbələrinə istinadən bildirdikləri kimi Cross Sport-un daha bir vəzifəsi, BRZ-ın belə seriya versiyasının meydana çıxması imkanına avtosalonun ziyarətçilərinin reaksiyasının qiymətləndirilməsi olacaq.
Konseptin texniki içi haqqında informasiya fərqlənir. Motor Authority nəşrinin məlumatına görə prototip tam ötürmə sistemlə təchiz edilmişdir, Motoring jurnalistləri isə iddia edirlər ki, o arxa ötürməlidir. Güc qurğusu - oppozit mühərrik və variatordur.
Cross Sport seriya versiyasının buraxılması haqqında hansı planların olduğu hələlik açıqlanmır.
Milli.Az