Milli.Az anspress-ə istinadən noyabrın 21-də tarixdə baş vermiş mühüm hadisələrə nəzərə salır.
Miladi: 21 noyabr 2013 Hicri: 17 Məhərrəm 1435
İlin 325-cü günü İlin sonuna 40 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 06.19 Günəş - 07.33 Zöhr - 12.30 Əsr - 15.23 Məğrib - 17.35 İşa - 18.55
1694 - fransız şair, publisist, tarixçi, insan hüquqları müdafiəçisi Volter anadan olub.
1877 - Edison səsyazan cihaz (fonoqraf) icad etdiyini bildirmişdir.
1905 - Eynşteyn məşhur E=mc2 düsturunu açıqlamışdır.
1949 - Sumqayıt şəhərinin təməli qoyulmuşdur.
1955 - İran, Türkiyə, İraq, Pakistan və İngiltərə "Bağdad paktı" təşkilatını təsis etmişlər.
1956 - BMT sovet qoşunlarının Macarıstana daxil olmasını pisləmişdir.
1958 - Şarl de Qoll Fransa prezidenti seçilmişdir.
1990 - Naxçıvan MR Ali Məclisi 20 yanvar hadisələrinə siyasi qiymət vermişdir.
1991 - Fransız səyyahı Jerar Abovil ilk dəfə qayıqla Sakit okeanı keçmişdir. Yaponiyadan Vaşinqtonadək 10 135 km məsafəni o, avar çəkməklə 134 günə qət etmişdir.
1992 - Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edilmişdir.
1994 - Əhalinin sosial müdafiəsi Fondu təsis edilmişdir.
1994 - Parisdə keçirilən iclasda ATƏM-in adı dəyişilərək ATƏT olmuşdur.
1995 - Serbiya, Xorvatiya və Bosniya prezidentləri "Deyton sazişi"ni ratifikasiya etmişlər.
1996 - BMT-nin qərargahında ilk dəfə Beynəlxalq televiziya forumu keçirilmişdir.
1996 - Pakistanlı fizik Abdus Salam vəfat edib.
2007 - Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
2008 - İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilmişdir.