Azərbaycanın Meksikadakı səfiri etimadnaməsini Honduras Prezidentinə təqdim edib - FOTO

21 Noyabr 2013 12:04
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov etimadnaməsini Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosaya təqdim edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin honduraslı həmkarına salamlarını çatdıran səfir İ.Muxtarov ölkələrimiz arasında qarşılıqlı-faydalı əməkdaşlığın uğurlu inkişafına əmin olduğunu bldirib.

Öz növbəsində, yenidən ölkə Prezidenti seçilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təbriklərini çatdıran Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosa ölkəmizin və ikitərəfli əlaqələrimizin gələcək inkişafı yolunda Azərbaycan dövlət başçısına yeni-yeni nailiyyətlər arzu edib.

Ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrinin inkişafına maraq ifadə edən Honduras Respublikasının Prezidenti Porfirio Lobo Sosa, qarşılıqlı-faydalı əməkdaşlığımızın inkişafına əmin olduğunu bildirib.

Görüşdə ikitərəfli siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticari əlaqələrin gələcək inkişafı və xüsusilə enerji sektorunda əməkdaşlığın potensialına qarşılıqlı inam ifadə edilib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.