Bir gündə 1 milyon Playstation 4 satıldı

18 Noyabr 2013 20:20

Sony yeni Playstation 4-ün satışlarına başlandığı ilk gündə təkcə Şimali Amerikada 1 milyondan çox oyun qurğusu satıb.
 

Milli.Az ICTnews-a istinadən bildirir ki, oyun qurğularının istehsalçıları üçün bu, onların mövcudluğu dövrü ərzində rekord göstəricidir. Sony bildirib ki, şirkət istifadəçilər tərəfindən fenomenal rəğbət qazanıb.

Sony şirkəti Microsoft şirkəti kimi yeni oyun qurğusu satışlarının başlanmasını noyabr ayına planlaşdırıb, lakin Sony bunu bir həftə tez edib, bu, ona az da olsa, üstünlük verib. Bu gün Sony şirkəti Playstation 4-ü təkcə ABŞ və Kanadada satır. Avropada yenilik növbəti həftənin cümə günü təqdim ediləcək. Asiya ölkələrinin əksəriyyətində PS4 noyabr-dekabr aylarında satılacaq, Yaponiyada şirkət yeni proqramını 2014-cü ilin fevral ayında təqdim edəcək.

Bu ilin sonunadək Sony 3 milyonadək oyun qurğusu satmaq niyyətindədir və analitiklər hesab edirlər ki, Avropada Şimali Amerika ilə eyni rəğbət qazana bilsə, buna nail ola biləcəklər.

Ümumilikdə isə cari maliyyə ilinin sonunadək Sony 5 milyona yaxın oyun qurğusu satmaq niyyətindədir. Sony-nin mühasibatlığına görə, maliyyə ili 2014-cü il martın 31-də bitir. IHS iSuppli analitik şirkətinin proqnozlarına əsasən, növbəti 5 ildə Sony şirkəti 49 milyon oyun qurğusu sata bilər, halbuki Microsoft şirkəti 38 milyona yaxın Xbox One oyun qurğusu satacaq.

Sony-də bildiriblər ki, hazırkı Playstation 4 satışlarının başlanması Playstation 3-ün satışlarının başlanmasından daha rahat keçir. Playstation 3-ün satışları başladıqda şirkət istehsalda problemlərlə üzləşib və bir sıra bazarlara, o cümlədən Avropa bazarına bir ay təchizatları təxirə salmaq məcburiyyəti qarşısında qalıb.

Milli.Az