Təəssüf ki, əvvəllər 50-dən çox müxtəlif növ quşların məskunlaşdığı flora və faunası zəngin olan Hacıqabul gölündə bu gün 3-4 bataqlıq quşu, o cümlədən çəhrayı flaminqolardan başqa quş növləri qalmayıb. Amma hətta tək flaminqolar belə, bu gölə spesifik gözəllik verir. Onlar rəqs edir, yem axtarır, aşağı hissəsi al qırmızı olan qanadlarını qaldıraraq göz oxşayırlar. Qeyd edək ki, burada yaradıcı insanlar-fotoqraflar, rəssamlar və sənədli təbiət filimi çəkənlər üçün əlverişli təbiət görüntüləri tapmaq olar. Cənubi Amerikaya və uzaq ölkələrə getməyə imkanı olmayanlar üçün bu, əsl firsətdir.
Milli.Az