Ukraynanın seks-simvolu kimi tanınan müğənni Anna Sedakova Bakıya gəlib
Milli.Az xəbər verir ki, şəhər klublarının birində konsert verəcək müğənni artıq Bakıdadır. Bu gecə verəcəyi konsertinə hazırlaşan müğənni şəxsi səhifəsində də Bakıya gəlməmişdən öncə sevənlərinə anons edib.
O İnstagram-da şəxsi şəklini paylaşaraq yazıb:
"Mənim əzizlərim! Çoxdandır məni sevimli Bakım kimi heç bir yerdə belə səbirsizliklə gözləmirdilər. Artıq sabah, özü də sizlər üçün yeni geyimlər və nömrələr gətirirəm.
Sizi çox sevirəm və öz konsertimdə gözləyirəm!
Müğənninin Bakıda çəkdirdiyi fotolarını təqdim edirik. Həmin şəkilləri Mütəllim Alışanov sosial şəbəkədə paylaşıb.