Milli.Az ICTnews-a istinadən bildirir ki, üçüncü rüb Çin istehsalçısı üçün çox uğurlu olub. Belə ki, şirkətin smartfonlarının satış həcmi 85 faiz artaraq 12,9 milyon ədədə çatmaqla bazar payı 1 faiz bənd - 5,1 faiz təşkil edib. Lenovo-ya bu işdə şirkətin bütün telefon modellərinin satıldığı milli bazar kömək edib, habelə şirkətin ölkədə artım tempi dünya liderləri Samsung və Appledan yüksəkdir. Hazırda Çin istehsalçısı inkişaf etməkdə olan ölkələrdən başlamaqla beynəlxalq miqyasda genişlənməyə hazırlaşır, həmçinin şirkətin planlarında Avropa və ABŞ yer alıb.
Ən yaxşı smartfon istehsalçısı reytinqinin dördüncü və beşinci pilləsində 4,8 və 4,7 faizlik payla müvafiq olaraq LG və Huawei şirkətləri qərarlaşıb. Bu şirkətlər ötən rübdə ikisi birlikdə 23,72 milyon smartfon sataraq ötənilki göstəricini təxminən 9 milyon qurğu üstələyib.
İyul-sentyabrın yekunları üzrə dünyada smartfonların satış həcmi ötən illə müqayisədə 45,8 faiz artaraq 250 milyon ədədə çatıb. Ədəd vahidində bütün satılan mobil telefonların sayı 455,6 milyon ədəd təşkil edib ki, bu da illik hesablamada 5,7 faizlik artıma bərabərdir. Smartfonların mobil telefon bazarında payı 55 faiz olub.
Milli.Az