Milli.Az 4charx.com-a istinadən bildirir ki, prototipin qabarit uzunluğu 4930 millimetr, eni - 1940 millimetr, hündürlüyü - 1500 millimetr və təkər bazası 2880 millimetrə çatır. Beləliklə, Legacy yeni sedanının müjdəçisi hazırkı seriya modeldən 200 millimetr uzun, 160 millimetr enli, 5 millimetr alçaqdır. Konseptin təkər bazası 130 millimetrdən çoxdur.
Konseptin salonunun şəkilləri hələlik yoxdur. Ancaq istehsalçı iddia edir ki, yeni model mavi yerləşdirmələri olan qəhvəyi dəri ilə üzlənmiş dörd yerlik salon, smartfon və ya planşetin köməyi ilə idarə edilməsi mümkün olacaq multimedia sistemi, üç milli sükan əldə edəcək. Texniki içliyi haqqında da hələlik məlumat yoxdur. Yalnız o məlumdur ki, maşın simmetrik tam ötürmə və EyeSight təhlükəsizlik sistemi əldə edəcək.
Gözlənilir ki, Növbəti Legacy istehsal variantının 2014-cü ildə debüt edəcəyi gözlənilir.
Milli.Az