Chromebook 11 satılacaq

15 Noyabr 2013 21:14
Google və Hewlett-Packard şirkətləri Chromebook 11 leptoplarının satışlarını, istifadəçilərin enerjidoldurma zamanı onların hədindən artıq qızmasını bildirdikdən sonra dayandırıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət Google Play-də, Best Buy-da, Amazon-da və digər satış nöqtələrində satışları dayandırır.

Bu günədək kompüterlərin həddən artıq qızması ilə bağlı 8 hadisə qeydə alınıb, bəzi hallarda Chromebook 11-in enerjidoldurma adapteri əriyib, lakin bədbəxt hadisələr və yanğın haqda heç bir məlumat olmayıb.

Şirkətlər məlumatlarında bildiriblər ki, hazırda xüsusi komissiya çərçivəsində problemin aradan qaldırılması üzərində işlər aparılır.

Xatırladaq ki, Hewlett-Packard-la yanaşı, Chrome OS əsasında kompüterlərin istehsalı ilə eyni zamanda Toshiba, Asustek, Acer və Lenovo şirkətləri də işləyirlər.

Milli.Az