Lincoln-dan Mercedes-ə rəqib - VİDEO - FOTO

14 Noyabr 2013 20:52
Lincoln şirkəti MKC yığcam krossoverinin seriya versiyasını təqdim etdi. Eyni adlı prototip yanvarda Detroyt avtosalonunda nümayiş etdirilmişdi. Mercedes-Benz GLA, Range Rover Evoque və BMW X1 ilə rəqabət aparacaq yeni modelin ictimai debütü noyabrın sonunda Los-Anceles motorşousunda olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, konsept avtomobildən zahirən praktiki olaraq heç nəylə fərqlənməyən yolsuzluq avtomobili Ford Kuga (amerika bazarında Escape) krossoveri platformasında yığılıb.

Lincoln MKC mühərrik sırasına EcoBoost ailəsinin iki litrlik turbo "dördlüyü" daxil olacaq. Bu mühərrik 240 at gücü hasil edəcək. Daha güclü versiya 275 at gücü hasil edən 2.3 litrlik yeni Ford turbo mühərriklə təchiz ediləcək. İstehsalçı hələ transmissiyalar haqqında məlumatları açıqlamır, ancaq gözlənilir ki, yeni model onun platforma "donoru" Ford Escape kimi, altı diapazonlu "avtomat" alacaq.

Elektron köməkçilər siyahısına hərəkət cərgəsinə nəzarət sistemi, ölü zonaları izləmə sistemi, toqquşmaların qarşısının alınması sistemi, həmçinin park etmə yardımçısı əldə edəcək.

Yolsuzluq avtomobili 8 düymlük sensor ekranlı və səs komandaları köməyi ilə idarə etmə imkanı olan MyLincoln Touch multimedia kompleksi əldə edəcək. Sistemin avtomobil sahibinin smartfonuyla sinxronlaşdırılmaq imkanı olacaq. Bunun sayəsində o avtomobilin qapılarını məsafədən aça və bağlaya, mühərriki işə sala və söndürə, həmçinin iqlim qurğusunda arzu olunan temperaturu qoya biləcək.

Lincoln MKC istehsalı 2014-cü ilin ikinci rübündə Luisvilldəki (Kentukki ştatı) müəssisədə başlanacaq. ABŞ avtomobil bazarında krossoverin satışlarının startı növbəti ilin yayına nəzərdə tutulub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.