Bu da super Alfa Romeo - FOTO

15 Noyabr 2013 14:46
İlk dəfə casuslar "rodster" kuzovunda Alfa Romeo 4C modelinin prototipinin şəklini çəkə biliblər. Şəkilləri Autoblog.it resursu dərc edib.

Daha əvvəllər bildirilirdi ki, Alfa Romeo 4C Spider adlı yeni model gələn il ilk dəfə debüt etməlidir, hərçənd, 4C kupenin bazara çıxarılmasında dəfələrlə baş vermiş təxirə salmaları nəzərə alsaq rodsterin premyerasını da həmçinin təxirə sala bilərlər. Üstüaçıq modifikasiya üçün kupenin kuzov panellərinin bir hissəsi dəyişdiriləcək, amma mühərrik, ehtimal ki, həmin 1,75-litrlik 240-güclü turbo "dörd"lük qalacaq.

Nəzərə alaraq ki, kupe 4,5 saniyə ərzində ilk "yüzlüyü" qət edir, rodster təxminən 4,6-4,7 saniyə vaxt göstərəcək. Spider-in ardınca Alfa Romeo 4C modelinin daha iki - mülki Stradale və yarış Racing versiyaları çıxmalıdır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikəyin
.