Umka: "İndi infarkt diaqnozu ilə..."

14 Noyabr 2013 14:15
ANS-in keçmiş aparıcısı Umnisə Hacıyevadan yeni xəbər var
Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, bir müddətdir efirdən uzaqlaşan Umka sosial şəbəkədə yeni fotolarını paylaşıb. Aparıcının musiqi dərsləri alması və mahnı oxumağa başlaması diqqətdən yayınmayıb. Son vaxtlar gündəmdə olmamasından danışan U.Hacıyeva yeniliklərini bizimlə bölüşüb:

"Bir müddət gündəmdən uzaq qalmaq istədim. Bu arada o qədər gözəl təkliflər aldım ki... Bir çox kanallardan verilişlərə, seriallara dəvət olundum. Amma işimə vaxt ayıra bilməyəcəyimi düşünüb etiraz etdim. Hətta Türkiyədən məşhur bir firmanın reklam siması olmaq təklifi də gəldi. Təhsilimə görə bu cür işlərə "hə" deyə bilmirəm. Üstəlik, mənim daha gözəl layihələrim var. Musiqi dərsləri alıram. Çox gözəl bir yeniliklə efirlərə qayıdacam".

Umka şayiələrdən bezib depressiyaya düşməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib:

"O söz-söhbətlərə heç vaxt fikir vermədim. Əgər onları düşünüb dərd etsəydim, indi infarkt diaqnozu ilə hansısa xəstəxanada yatırdım. Düzdür, həyatımda problemlər yaratdı. Amma çox sevinirəm ki, keçib getdi".

Xatırladaq ki, aparıcı bir müddət əvvəl çimərlik geyimində çəkdirdiyi şəkillər və verdiyi açıqlamalarla hər kəsin diqqətini üzərinə çəkmişdi.

Milli.Az