Acura-dan yeni RLX - FOTO

26 Noyabr 2013 23:17
Noyabrın 20-də Los-Anceles motor-şousunda yeni model "Acura RLX"-in dünya təqdimatı keçirilib.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, tam ötürücülü avtomobil elektrik mühərrikdən, i-VTEC və SOHC sistemləri olan 3.5-litrlik benzin V6 mühərrikindən ibarət olan hibrid qurğu alıb. Qurğunun ümumi gücü 377 a.g.-dir.

"Yeni sportkar 2015-ci ildə güclü rəqiblərlə mübarizə aparacaq. Biz çalışırıq ki, avtomobil "Porsche 911" dəyərində inanılmaz emosiyalar bəxş etsin. Düşünürəm ki, hibrid texnologiyası bizə yeni məqsədə nail olmağa imkan verəcəkdir", - deyə "Acura NSX" layihəsinin rəhbəri Ted Klaus bildirmişdir.

Milli.Az