Zərif və güclü Skoda Yeti - FOTO

26 Noyabr 2013 22:21
Premyerası Frankfurt motorşousunda keçirilmiş restaylinq edilmiş Skoda Yeti seriya istehsalına göndərilib. Avtomobilin ilk partiyası Çexiyanın Kvasinax şəhərində konveyerdən çıxıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, avtomobilin xaricində əsas dəyişikliklər duman əleyhinə fənərlərdə baş verib. Yeti-də iri dairəvi fənərləri klassik formalı duman əleyhinə fənərlərlə əvəz ediblər. İnteryerə gəlincə, o yeni sükan təkəri və bir sıra xırda tamamlamalar istisna olmaqla praktik olaraq heç bir dəyişikliyə məruz qalmayıb. Mühərrik sırasında da heç bir dəyişiklik baş verməyib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.