"Gələn həftə "Barselona"nın bir futbolçusu "Real" Madridə təklif olunacaq".
Belə sensasion bəyanatı FİFA-nın agenti Fransua Qalyardo deyib.
Milli.Az Rusiya mətbuatına istinadən xəbər veri ki, Qalyardonun maraqlı açıqlaması İspaniya futbol gündəmini zəbt edib: ""Barselona"nın çox məşhur və istedadlı futbolçusu "Real" Madridə keçəcək. O, katalon klubunda özünü lazımsız hiss edir. Bu oyunçu klubun ən yaxşı 5 oyunçularından biridir".
Qeyd edək ki, Qalyardo iyunun 8-də "Qaret Beyl artıq "Real" Madridin oyunçusudur" demişdi, halbuki o vaxt Beylin "Kral" klubuna keçəcəyi real görünmürdü.
Əziz futbol həvəskarları, fikrinizcə, bu kim ola bilər?
Tuncay Türbəndəzadə
Milli.Az