Brilliant Dadaşova onları şou-biznesdən çəkindirdi - FOTO

12 Noyabr 2013 19:16

Xalq artisti Brilliant Dadaşova gənclərə musiqi dərsləri keçib


Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Addım" Yaradıcı Gənclər Assosiyasiyası hazırda Bakıda Modern Art Academy adlı treninqlər layihəsi gerçəkləşdirir.

Layihə çərçivəsində müasir incəsənət sahələri üzrə gənclərə ödənişsiz olaraq yerli və xarici peşəkarların iştirakı ilə ustad dərsləri həyata keçirilir. Bu günlərdə layihəyə qoşulan xalq artisti Brilliant Dadaşovanın da vokal sənəti üzrə gənclərə ustad dərsləri gerçəkləşib. Müğənninin dərsləri gənclərin inanılmaz marağı ilə qarşılanıb.

3 saat davam edən ustad dərslər ərzində xalq artisti layihəyə qatılan hər bir gəncin ifasını dinləyib və tövsiyyələr verib. O öz təcrubəsi və yaradıcılığı ilə bağlı fikirlərini gənclərlə bölüşərək onları şou-biznes adamı yox, keyfiyyətli musiqiçi olmağa çağırıb. Daha sonra dərsləri rusiyalı vokal məşqçisi davam etdirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.