12 milyon pula yox dedi - FOTO
12 Noyabr 2013 15:45
2009-cu ildən etibarən "L'Oreal Paris" şirkətinin siması müğənni Şeril Kouldur. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət bu ildən etibarən müğənni Adeli özünə sima kimi seçmək istəyirdi. Bu məqsədlə britaniyalı müğənni ilə aparılan uzun-uzadı danışıqlar uğursuz olub. Müğənniyə 12 milyon funt-sterlinq pul təklif edilib.
Adelin nümayəndəsinin sözlərinə görə, hər şey hazır idi. Artıq razılıq əldə olunmuşdu. Ancaq son anda müğənni fikrini dəyişib.
Müğənninin bu qərarının səbəbi bilinmir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.