Ən kiçik Lexus yeniləndi - FOTO

26 Noyabr 2013 20:00
Lexus şirkəti rəsmən öz ən kiçik modeli - CT 200h hibrid hetçbekin yenilənmiş versiyasını təqdim etdi. Yeniliyin ilk ictimai nümayişi 21 noyabrda Çində Quancjou avtosalonunda olub.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, restaylinqdən sonra CT 200h-da Lexus-un axar dizayner konsepsiyasına əsasən yerinə yetirilmiş yeni falşradiator barmaqlığı peyda olub. Bundan əlavə yeganə Lexus hetçbeki yeni təkər diskləri, həmçinin fərqli arxa bamper əldə edib.

Avtomobilin texniki içliyindəki dəyişikliklər haqqında heç bir informasiya yoxdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.