Tam fərqli Chevrolet Camaro - FOTO

26 Noyabr 2013 21:40
Ofis və emalatxanası İllinoys ştatının Flanaqan şəhərində yerləşən Custom Shop şirkətinin tünerləri, unikal Chevrolet Camaro SSL 727 Speedster maskl karını hazırlayıblar. Adi kupedən rodsterə çevrilən avtomobil seriya Chevrolet Camaro SS 2011 modelinin bazasında hazırlanıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, dəyişdirilən kuzov konstruksiyası və yeni dizayndan başqa, avtomobilin mühərrik gücünə daha 200 at əlavə olunub, güclü akustika, modernizə edilmiş asma və yenilənən daxili tərtibatla təchiz edilib.

Chevrolet Camaro SSL 727 Speedster kuzovun geniş aerodinamik yükü və yeni kuzov paneli əldə edib. İri ön bamper, qanadlar və yan ətəklər, baqaj üzərindəki spoyler və arxa bamperə birləşdirilən diffuzor Spidsterə daha aqressiv görkəm verir. Kuzovun iki rəng çalarında boyanması, radiatorun qara tor şəkilli qəfəsi, işıqdiodlu ön və arxa fənərlər, yanacaq çəninin gümüşü qapağı, işlənmiş qazları xaricetmə borusunun trapesiya şəkilli böyük sonluğu və 22 düymlü Forgeline ZX3P təkərləri, üstüaçıq sportkarın eksklüzivliyini artırır.

Daxildə oturacaqların yeni işləmələri və mavi işıqlandırma peyda olub. Arxa oturacaqların yerində isə güclü sabvufer yer alıb.

İki yerli masklkarın kapotu altında 6,2 litrli 630 atlı səkkiz silindrli Procharger LSX376 mühərriki quraşdırılıb. Aqreqatın qiyməti 17 500 dollardır

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.