Yenilənən Mopar - FOTO

26 Noyabr 2013 19:30
Chrysler şirkətinin daxili tüneri olan Mopar şirkəti SEMA 2013 sərgisində Dodge Challenger masl-karın tamamlanmış variantını təqdim edib. Avtomobil Mopar '14 Challenger adlandırılıb və adi seriya versiyadan ilk növbədə kuzovun və salonun fərdi tərtibatıyla fərqlənir. Dodge Mopar '14 Challenger üçün sifarişlərin qəbulu 2014-cü ilin martında başlanacaq və ilk sifarişçilər həmin ilin ikinci rübündə maşınlarını alacaqlar. Bu avtomobildən cəmi yüz nüsxə buraxılacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, idman kupesini yan tərəflərdə Mopar-ın göy zolaqlarının əlavə edilməsiylə ağ və ya qara rəngli kuzovla əldə etmək mümkün olacaq.

Daxili yeniləmələr çox da geniş deyil və göy sapla sırınmış qara dəri ilə üzlənmiş idman oturacaqları, üçmilli idman sükanı, ötürücü qutunun yeni dəstəyi və maşının fərdi nömrəsi həkk edilmiş metal lövhəciklə təqdim edilmişdir.

5,7-litrlik Hemi V8 mühərrikinə əl dəyilməyib və bu o deməkdir ki, onun hasilatı əvvəlki kimi 376 at gücünə bərabərdir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.