Bu günün romantik ulduz falı
10 Noyabr 2013 14:56
Ulduzlar bu gün sizə nələr vəd edir? Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ulduzlar xəbərdarlıq edir ki, sevdiyiniz insanla münasibətlərinizdə qısqanclıqlar yarana bilər. Tələsik qərar verməyin. Məsələnin müzakirəsini başqa günə saxlayın. Çünki bu gün çətin ki, obyektiv ola biləsiz. Münasibətlərinizi bu gün aydınlaşdırsanız, bu hər ikiniz üçün acınacaqlı qutara bilər.
Qoçlar
Bu gün sərbəst olsalar və ixtiyarı coşğun fantaziyalarına buraxsalar, tərəf-müqabilləri ilə çox gözəl romantik gecə keçirə bilərlər. Onlar öz sevdikləri ilə ən intim mövzularda danışmalıdırlar və bu gün həmin gizli istəklərdən hansınısa həyata keçirməyə çalışmalıdırlar. Bu eksperimentlər qoçlar üçün yeni aləm, ehtiras və həzzi kəşf edəcək.
Buğalar
Bu gün buğalar sevgilərini şeir formasında yox, nəsr formasında çatdırmağa üstünlük verəcəklər. Buğaların tərəf-müqabilləri nəzərə almalıdırlar ki, bu gün onlar üçün münasibətlərini yeni mərhələyə qaldırmaq üçün əla gündür. Əgər buğalar tənhadırlarsa, məhz bu gün onlar, münasibətlərinin tez və coşğun inkişaf edəcəyi insana rast gələcəklər. Hətta buğalar uzun müddətli, incə rəftarı sevsələr də, onlar öz prinsiplərini sevdiyi insanla öpüşmək üçün dəyişə bilərlər.
Əkizlər
Bu gün ulduzlar əkizləri sevdikləri insanla münasibətlərinə şirinlik və naz qatmağa çağırır. Sözsüz ki, sevgi - gözəl yemək kimidir. Amma bəzən o da acı ədviyyələrə ehtiyac duyur. Bu gün onların görüşündə, yatağında, stolunda hər şey həmişəkindən kəskin,cazibəli olsun. Bu gün bəkizlər öz sevdiklərini qısqandıra bilərlər. Bu onların münasibıtinə daha da ehtiras qatacaq.
Xərçənglər
Bu gün Xərçənglər həmişəkindən daha aqressivdirlər. Bəlkə, bu işdə pis nəyəsə səbəb olmaz, amma sevgi məsələlərində bu problemlərə yol aça bilər. Çətin ki, sevdikləri xərçənglərin bu hərəkətələrinə dözə. Hətta onlara eyni cür qarşılıq da verə bilər. Beləliklə, gün anlaşılmazlıqlar içində keçəcək. Bunların olmaması üçün xərçənglər diplomat kimi hərəkət etməlidirlər.
Şirlər
Bu gün ulduzlar şirlərə sevgililəri ilə birlikdə istirahət planını müzakirə etməyi məsləhət görür. Arzulamaq kifayətdir, artıq hərəkət etmək vaxtıdır. Bu gün şirlər sevgililəri ilə oturub konkret məsələlər haqqında düşünməlidirlər: istirahətə haraya getmək və bunun üçün nə qədər xərc tələb edilir. Əgər bunun üçün madi imkan çatçırsa, onlar pul yığmaq barəsində düşünməlidirlər.
Qızlar
Bu gün qızlar öz şəxsi hıyatlarını mükəmməlləşdirməli və bəzi dəyişikliklər etməli olacaqlar. Əgər onlar irəlidə necə hərəkət edəcəklərinə qərar veriblərsə, deməli, onlar dəqiq bilirlər ki, bunu etməyin vaxtıdır. Amma fakt deyil ki, sevdikləri onların hər addımını bəyənmir. Ona görə də, ağlına gələni yavaş-yavaş həyata keçirməyə başlamalıdır. Qızların devizi: "Böyük şeylər həmişə kiçik şeylərdən başlayır".
Tərəzi
Bu gün sevgi münasibətlərində avantüra olacaq. Ulduzlar tərəzilərə eyni səhvləri təkrarlamamaq üçün bütün əvvəlki sevgi təcrübələrini xatırlamağı məsləhət görür.
Əqrəblər
Bu gün əqrəblər sevgililəri ilə unudulmaz gecə keçirmək imkanı əldə edəcəklər. Vəziyyət onların xeyrinə olacaq, amma ulduzlar əqrəbləri sevgililərinin gözündə xüsusi cazibədar edəcəklər. Əgər əlverişli hava şəraiti olsa, ay işığı altında gəzinti təşkil edib, ulduzları seyr edə bilərlər. Evin həyətində piknik də etmək olar.
Oxatanlar
Bu gün ulduzlar onlara özlərinin serətini azaltmağı və sevdikləri ilə zaman keçirməyi məsləhət bilir. Ola bilər ki, son zamanlar onlar sevdiyi insanla işlərinə və ya başqa səbəblərə görə az zaman keçiriblər. Bu gün buna son qoymaq vaxtıdır. İşlər gözləyə bilər, amma hisslər yox. Əgər oxatanlar bu məsələ ilə məşğul olmasalar hisslər tez sönə bilər.
Oğlaqlar
Bu gün oğlaqlar əsl sevgi həyəcanı yaşayacaqlar. Əgər onlar yeni münasibətdə ilk addım atmasalar, bu gün onlar sevdikləri insandan başqa şey barədə düşünə bilməyəcəklər. Oğlaqlar öz məqsədlərini görürlər. Bu gün oğlaqların yerinə onların ehtirasları danışacaq.
Dolçalar
Bu gün dolçaların sevdikləri ilə münasibətdə öz hisslərini parlaq şəkildə biruzə verəcəklər. Bu gün dolçalar həm də çox qısqanc olacaqlar.
Balıqlar
Bu gün balıqların özlərinə lazım olan namizədi seçmək üçün şansları olacaq. Bunun üçün onlar bütün hiss orqanlarını işə salmalı olacaq. Bu gün onların bütün ekstrasensor qabiliyyətləri də yüksək səviyyədə olacaq.
Milli.Az