Dəri xərçəngini qanla təyin edəcəklər

10 Noyabr 2013 20:01
Melanomanı yayıldıqdan sonra müəyyən edib müalicə aparmaq çətin olur. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Dandi Universitetinin mütəxəssisləri DNT-də TFP12 geninin səviyyəsini araşdırmaqla bu ağır xəstəliyi təyin və müalicə edə biləcəklərini düşünürlər.

Melanomanın müalicəsi o yeni başlayarkən daha effektli olur. Qan testi isə diaqnostikanın nə dərəcədə uğurlu olub-olmadığını göstərir.

Müəyyən genlərin aktivləşdirilməsi və yə "söndürülməsi" melanomanın harada, nə zaman və niyə yayılmasına təsir edir. Alimlərin vəzifəsi isə unikal bioloji sxem əsasında yüksək xərçəng riskli insanların təyin olunması üçün biomarkerləri əldə etməkdir.

Milli.Az