Bu da yeni Lexus - FOTO

9 Noyabr 2013 16:36
SEMA 2013 sərgisində Lexus şirkəti Rob Evansın hazırladığı IS 350 F SPORT yığcam sedanını ictimaiyyətin mühakiməsinə təqdim etdi. 10 həftə ərzində avtomobili yığmış VIP Auto Salon sazlama ofisinin mütəxəssisləri layihənin texniki reallaşdırmasıyla məşğul olublar.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Rob Evans tərəfindən kuzovun geniş aerodinamik asması layihələndirilmişdi və bu başqa tamamlamalar ilə birgə avtomobilə DeviantArt Design Challenge müsabiqəsində qələbə qazanmağa imkan vermişdi.

"BASF Glasurit Ultra White" ağ kuzovuyla təzad üçün qara damdan, qara aksentlərdən və ton verilmiş şüşələrdən başqa alçaq profilli Nitto Invo şinləri "geydirilmiş" 20 düymlük qızılı Nutek disklərindən istifadə olunub.

Avtomobil həmçinin Brembo əyləcləri, çoxnöqtəli Drift III ASM təhlükəsizlik qayışlarıyla Takata Racing Drift Pro LE idman kürsüləri və Seibon Carbon karbon daxili aksessuarları əldə edib.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.