Mətbəx sirləri: "Çiyələk" konfeti
10 Noyabr 2013 07:00
Milli.Az kuharka.com-a istinadən vaflidən "Çiyələk" konfetinin hazırlanma qaydasını təqdim edir
Tərkibi:
500 q meyvəli, yaxud qaymaqlı vafli
0,5 banka qatılaşdırılmış süd
1 çuğundur
şəkər tozu
Vaflini ət maşınından keçirin, qatılaşdırılmış süd əlavə edib yaxşıca qarışdırın. Eynicinsli qatı kütlə alınmalıdır.
Vaflili kütləni yarım saat soyuducuda saxlayın, beləliklə ona forma vermək daha asan olacaq.
Kütlədən 1 çay qaşığı götürüb kürə düzəldin, sonra isə çiyələk forması verin.
Çuğunduru sürtgəcin ən xırda gözündən keçirin. Şirəsini sıxın, cecəsini atın.
Hazırladığınız "çiyələk"ləri çuğundur şirəsinə, sonra isə dərhal şəkər tozuna batırın. Hərtərəfli şəkərə buladıqdan sonra soyuducuya qoyun.
Nuş olsun!
Milli.Az