Internet Explorer 11 hazırdır

10 Noyabr 2013 20:20
Amerikanın Microsoft şirkəti Windows 7 əməliyyat sistemi ilə işləyən kompüterlər üçün Internet Explorer 11 (IE11) brauzerinin final versiyasını çıxarıb. Proqram 95 dildə əlçatandır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, brauzeri Microsoft-un rəsmi saytından yükləmək olar, yaxın həftələrdə isə istifadəçilərə avtomatik yeniləmə imkanı yaradılacaq.

Windows 7 ƏS üçün IE11 brauzeri daha yaxşı məhsuldarlığa, təhlükəsizliyə və sabitliyə malikdir.

Tərtibatçıların sözlərinə görə, JavaScript emalının sürətinə görə yeni brauzer IE 10 ilə müqayisədə 9% və Opera, Firefox və Chrome ilə müqayisədə 30% daha sürətlidir.

IE11 brauzeri 25 yeni və təkmilləşdirilmiş veb-standartı dəstəkləyir.

Milli.Az