“Citigroup”un icraçı direktoru Mərkəzi Bankda olub

1 Oktyabr 2010 17:52
Mərkəzi Bankın mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, görüşdə nümayəndə heyətinin rəhbəri Bo Hammerik təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığından məmnun olduğunu bildirib və "Citigroup"un Mərkəzi Bankla birgə əməkdaşlıq imkanlarının perspektivini qeyd edib. Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə maliyyə sektorunun inkişafı, ölkəmizin dövlət və özəl sektorlar üzrə gələcək investisiya planları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Milli.Az