Artıq bir neçə ildir ki, ölkədə kompüter istifadəçiləri Azərbaycan dili üçün QWERT düzülüşlü klaviaturadan istifadə edir. Milli Elmlər Akademiyasının alimləri isə daha bir milli klaviatura hazırlayıblar və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu yeni düzülüşü milli standart kimi bəyənib. Bu düzülüş "Windows" əməliyyat sisteminin yeni - 8.1 versiyasına daxil edilib. Lakin milli klaviaturanın tətbiqi istifadəçilər tərəfindən birmənalı qarşılanmır. Bəzi insanlar milli klaviaturanın tətbiqini müsbət qarşılasa da , bir qismində bir sıra narahatlıqlara səbəb olub.Yaradıcıları yeni klaviaturanın rahatlıq gətirəcəyini deyir, ekspertlər isə ortaya çıxacaq çətinlikləri qabardırlar