Filippini dağıdan "Hayyan" Laos və Vyetnama doğru irəliləyir - YENİLƏNİB - FOTOSESSİYA
8 Noyabr 2013 10:56
10:56
Dünyanın böyük "Hayyan" qasırğası Filippini möhkəm vurub. Ölkədə fəlakət yaşanır.
Qasırğa zamanı küləyin sürəti 275 km/saat-a çatmışdı.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Filippinə Samar adası tərəfdən yaxınlaşan "Hayyan" paytaxt Manilada böyük dağıntılara səbəb olub.
Bu zaman Manilada küləyin sürəti 105 metr/saniyəyə çatıb.
Filippinin mərkəzi bölgələrindən əhali təxliyyə olunub. Ekspertlərin dediklərinə görə, "Hayyan"ın sürətlə hərəkət etməsi ölkəni bəladan qurtarıb. Çünki sürətli qasırğa və ya tayfun zamanı leysan yağışları, sel və daşqınlar olmur.
"Hayyan" sabah səhər saatlarına qədər Filippində tüğyan edəcək, sonra Vyetnama yönələcək.
---------
10:26
Filippini vuran "Hayyan" qasırğası 2013-cü ilin ən güclü tufanı hesab edilir.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təbii fəalkətlə əlaqədar evlərindən təxliyə edilmiş 125 mindən çox filippinli xüsusi möhkəmləndirilmiş sığınacaqlara yerləşdirilib. Onlar ölkənin 22 əyalətinin sakinləridir.
Qasırğa ilə əlaqədar məktəblərdə dərslər təxirə salınıb, hava və dəniz əlaqəsi kəsilib.
Tufan artıq Filippinin mərkəzi hissəsini cənginə alıb. Samar və Leyte adalarında elektrik enerjisi xətləri tamamilə sıradan çıxıb. Bir sıra avtomobil yollarında hərəkət dayanıb.
Qasırğa zonasında küləyin sürəti saniyədə 76,4 metrə çatır.
"Hayyan" qasırğası küləyin gücünə görə "rekordçular" hesab edilən "Kamilla" (1969-cu ildə Atlantik okean sahillərini vuran) və "Allen" qasırğalarını (1980-ci ildə ABŞ, Meksika və Karib adalarını vuran) ötə bilər. Həmin qasırğalar zamanı küləyin sürəti saniyədə 84,7 metr təşkil edib.
"Hayyan" qasırğası dəyişkəndir və şimal-qərb istiqamətində saniyədə 8 metr sürətlə irəliləyir. Bu isə saatda təxminən 29 km deməkdir. Bu templə tufanın Laos və Vyetnama çatacağı gözlənilir.
Milli.Az
-----------
10:
Böyütmək üçün şəkillərə klikləyin.