"Ayna" qrupu Azərbaycanda qaydaları pozdu - VİDEO - FOTOSESSİYA
8 Noyabr 2013 09:30
Qrupun rəhbərinin qalmaqallı münasibəti
Hər həftənin cümə günü saat 21:00-da Lider TV ekranlarında yayımlanan "Rəngarəng" verilişinin budəfəki çəkilişi Göyçay şəhərində baş tutub. Milli.Az-ın məlumatına görə, buna səbəb növbəti dəfə Göyçayda keçirilən ənənəvi Nar festivalıdır.
Rejissoru Aynurə Tahirqızı, aparıcısı Zaur Nəbioğlu, montajçısı Pərvin Qorçuyev olan verilişdə Mənsum İbrahimov və onun komandası, Zülfiyyə Xanbabayeva, Elçin Cəfərov və Türkiyənin məşhur qrupu "Ayna" çıxış ediblər.
Qeyd edək ki, ilk dəfə Göyçayda olduğunu deyən "Ayna" qrupunun rəhbəri Ərhan Gülərüz bir çox etiraflar edib. Onun sözlərinə görə, heç vaxt türk maqazin verilişlərinə açıqlama verməyən qrup bu qadağanı Azərbaycanda "Rəngarəng" üçün pozub. Səhnəyə ilk gəlişindən danışaraq söhbətə başlayan Ərhan Gülərüz tərəf-müqabili, qrupun yaradıcılarından biri Cəmil Özərən ilə münasibətlərinə də aydınlıq gətirib. İllər öncə aralarında yaşanan qalmaqalla bağlı fikirləri bölüşüb.
Bundan başqa, Ərhan Gülərüz bildirib ki, səhnə fəaliyyətlərində Azərbaycan musiqilərinin rolu danılmazdır. "Bizim bir çox mahnılarımız var ki, onları yazanda Azərbaycan musiqilərindən bəhrələnmişik. Hətta bununla kifayətlənməyərək, müxtəlif Azərbaycan mahnılarını oxumuşuq. Buna misal olaraq "Arzu qızım" mahnısının adını çəkə bilərəm".
Bütün bunları izləmək istəyirsinizsə, bu axşam saat 21:00-da Lider Tv-də "Rəngarəng" verilişini qaçırmayın.
Verilişin informasiya dəstəyi Milli.Az İnternet portalıdır.