İsrail XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

9 Fevral 2010 12:43
Azərbaycan və İsrail tərəfi səfər çərçivəsində siyasi məsələləri, həmçinin təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədir.

Bu, Libermanın nazır qismində Bakıya ilk səfəridir. O, bu posta ötən il seçilib.

Səfər çərçivəsində İsrail XİN rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Milli Məclisin Spikeri Oktay Əsədov ilə görüşəcək.

İsrail naziri özünün üçgünlük səfəri zamanı Azərbaycandakı yəhudi cəmiyyətinin rəhbəri ilə görüşəcək.

/Trend News/