Bu kimin qızıdır? "Porsche" ilə qəza törətdi
7 Noyabr 2013 11:24
Moskvanın Leninqrad prospektində "Porsche Panamera" markalı avtomobil "Jiquli"ni vurub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Porsche"ni sürən "Lukoil" şirkətinin vitse-prezidenti Cevan Çeloyantsın 25 yaşlı qızı Sofiya olub.
Zərbədən "Juqilu" az qala çevrilsə də, "Porsche" xırda xəsarətlərlə qurtulub.
Polis əməkdaşları sorğu-suala başlayanda qız isterik hərəkətlər edib.
25 yaşlı Sofiyanın son iki ildə törətdiyi qayda pozuntularına görə 45 inzibati cəzası var.
Milli.Az