Milli.Az 4charx.com-a istinadən bildirir ki, əvvəlki illərin modellərində olduğu kimi COPO Camaro proqramı üzrə NHRA Stock Eliminator və Super Stock yarışlarında iştirak üçün cəmi 69 yarış avtomobili buraxılacaq.
Kuzovun fərqli asmasından və qabarıq kapotdan başqa COPO Camaro proqramı üzrə buraxılmış sportkarlar yeni yarış kresloları, eksteryerin yeni qrafik bəzədilməsi və yeni dizaynlı təkər diskləri əldə edəcək. Bütün avtomobillər NHRA tərəfindən təsdiq edilmiş təhlükəsizlik karkasıyla təchiz edilir.
SEMA -da təqdim edilmiş gümüşü-mavi Ice Blue Metallic rəngli Camaro COPO 1 seriya nömrəyə sahibdir. Kuzovun belə rəngləməsiylə model yeganə nüsxədə buraxılmışdır. Chevrolet onu yanvarda Skottsdeyldə (Arizona) Barrett-Jackson hərracında satmağa hazırlaşır. Əldə ediləcək pul döyüşlərdə yaralanmış veteranlar üçün yardım fonduna (Achilles Freedom Team of Wounded Veterans) sərf ediləcək.
Milli.Az