Dəyişdirilmiş Land Rover Discovery - FOTO

5 Noyabr 2013 22:13
Yüksək praktikliyə və misilsiz stilə malik olan Land Rover Discovery 3.0 SDV6 Twin Turbo XS - RS300 eksklüziv ailə yolsuzluq avtomobilini Britaniyanın A. Kahn Design sazlama emalatxanası təqdim edib. Tam mükəmməlliyinə qədər artıq işlənmiş və cilalanmış konsepsiyanın xarici simasını tünerlər daha da təravətləndirmiş və fərdiləşdirmişlər və interyerin orijinal dizaynına böyük dəyişikliklər etməməyə çalışaraq maksimum dəbdəbə əlavə ediblər. Texniki içlikdə isə yalnız bir sıra kiçik tamamlama işləri aparılıb.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, seriya avtomobilinin tanış görkəmini saxlayaraq tünerlər torlu radiator barmaqlığının və yan havalanma dəlikləri taxmalarının, vertikal kəsikli genişləndirilmiş təkər tağları və işıq diod hərəkət işıqları, 22 düymlük RS-R diskləri və qırmızı tormoz tutqaclarının köməyi ilə fərdiləşdiriblər. Qara ingilis cipi həmçinin ton verilmiş şüşələrə və A. Kahn Design firma tanınma nişanına malikdir.

Salona qapı kəndarlarının paslanmayan qoyulmaları vasitəsilə daxil olub, siz zərif dərinin, saatı bəzəyən Svarovski kristallarının və yeni ayaqaltıların əmələ gətirdiyi cah-calal qarşısında heyran qalacaqsız. Alüminium pedallar və cihaz lövhəsinin parlaq fonu daxili bəzəyin eksklüziv stilini tamamlayır.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.