Windows XP dəstəyi itirəcək

5 Noyabr 2013 18:11
Windows XP virus təhlükəsinə görə texniki dəstəyi itirəcək. Bu barədə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəz qeyd edib ki, sözügedən məsələni ortaya çıxaran vəziyyət NetMarketShare-in tədqiqatlarında da əksini tapıb. Belə ki, tədqiqatlar göstərir ki, Windows XP-yə tələbat getdikcə azalır. Buna səbəb isə haker hücumları qarşısında onun qorunmasının gündən-günə aşağı düşməsidir:

Milli.Az ICTnews-a istinadən bildirir ki, bununla yanaşı, Windows 8.1-in yeni versiyası müştərilərə etibarlı antivirus funksiyası təqdim edir. Microsoft Windows 8 bazasında olan kompüterlərin sayının artması üçün hətta Windows 8-in yenilənməsini ödənişsiz etdi.

Security Intelligence Report Volume 15 hesabatında Windows 8 Microsoftun bundan öncəki əməliyyat sistemləri içərisində ən yüksək təhlükəsizliyə malikdir. Misal olaraq bildirmək istərdik ki, yoluxma səviyyəsinin ölçülməsində Windows XP 1000-dən 9.1, Windows 8 isə 1000-dən 1.6 göstərici toplayıb. Beləliklə, 2014-cü ilin aprel ayının 8-də Microsoft Windows XP üçün proqram və antivirus dəstəyini tam olaraq məhdudlaşdıracaq.

Milli.Az