Internet Explorer-in mövqeləri möhkəmlənir

5 Noyabr 2013 22:54
Microsoft korporasiyasının Internet Explorer brauzeri oktyabr ayının yekununa görə istifadəçilər arasında ən populyar brauzer olaraq qalır. Onun bazaar payı 58,22% təşkil edib. İkinci yerdə 18,7% bazaar payına malik Firefox, üçüncüdə 15,42% ilə Chrome qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Safari brauzerinin payı bir qədər azalıb. Net Applications şirkətinin məlumatına görə, 2013-cü ilin oktyabrında onun payı 5,84% olub. 1,42% bazaar payına malik Norveçin Opera şirkəti ilk beşlikdə yer alıb.

Net Applications reytinqində brauzerlərin mövqeyi uzun müddətdir dəyişmir, yalnız onların bazaar payı oynayır.

12 ay ərzində müşahidə olunan daha bir tendensiya Internet Explorerin bazar payının müntəzəm artmasıdır.

Milli.Az