QAZ-ın rəhbərini VAZ-ın başına qoydular: nə dəyişəcək?
5 Noyabr 2013 14:07
Rusiyanın QAZ avtomobil istehsalçısının rəhbəri Bu Andersson "AvtoVAZ"ın prezidenti olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bu dekabrın 31-dən etibarən vəzifələrini icra etməyə başlayacaq.
"AvtoVAZ"ın direktorlar şurası Bu Anderssonu şirkətin prezidenti vəzifəsinə təsdiq edib.
"AvtoVAZ"ın artıq sabiq sayılan prezidenti İqor Komarov isə artıq "Roskosmos"un sədr müavini vəzifəsinə təsdiqlənib.
Bu təyinata Rusiya ictimaiyyətinin reaksiyası da gecikməyib. Müxalifət lideri Aleksey Navalnı "AvtoVAZ"ın yeni rəhbərinin adına sataşıb. O, Twitter mikrobloqunda yazıb ki, yeni rəhbərin çox gülməli adı var.
Milli.Az