Bakıda 25 "Gelandewagen"li toy kimə çalınıb? - YENİLƏNİB - VİDEO - FOTO
5 Noyabr 2013 17:27
17:27
Sosial şəbəkələrdə keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlunun noyabrın 3-də "Buta palace"da keçirilən toy mərasimindən çəkildiyi güman edilən videokadrlar yerləşdirilib.
Kadrlardan görünür ki, toy karvanında çox sayda bahalı "Mercedes -Benz G-Class Gelandewagen" maşını yer alıb.
AzNews.az-ın araşdırmasından məlum olub ki, toy karvanının sabiq nazirin oğlunun toy mərasimi ilə heç bir əlaqəsi yoxdur. Karvan "Buta palace"da yox, Bakının ən bahalı şadlıq saraylarından birində keçirilən mərasimində bəylə-gəlini müşayiət edib.
25 "Mercedes-Benz G-Class Gelandewagen" markalı maşın olub.
Toy sahibinin kimliyinə gəlincə, onun Salyan rayonundan olan məşhur iş adamı olduğu bildirilir.
Toyu öz ansamblının müşayiəti ilə müğənni Eldəniz Məmmədov idarə edib.
Toyun aparıcısı İlkin Həsənli AzNews.az əməkdaşı ilə söhbətində toyun kimə məxsus olduğunu açıqlamasa da, videokadrlar və şəkillərin məhz həmin mərasimdən çəkildiyini təsdiqləyib. Toyda çıxış edən müğənnilər arasında Manana, Mənsum İbrahimov, aşıq Əli, Niyaməddin Səlami, Nazənin olub.
---------
22:53
Milli.Az xəbər verir ki, bu gün şəhər küçələrindən birində lentə alınan bu görüntü hər kəsi heyrətləndirib
Əldə etdiyimiz məlumata görə, şəhərin ən dəbdəbəli restoranlarından birində baş tutan toyda ümumilikdə 30 "Mercedes Gelandewagen" iştirak edib.
Onların arasında 28-i ağ rəngdə, yerdə qalan ikisi isə qara rəngdə olub.
--------
16:19
Azı 10 "Mercedes Gelandewagen" markalı avtomobili eyni cür bəzəyərək bəy-gəlin maşınının arxasınca sürüblər.
Sizə həmin götüntüləri təqdim edirik.
Ceyhun Ələkbərov
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
----------------
05.11.2013
10:16

------------------
04.11.2013
22:53

---------
18:35



----------
16:19
Foto: modern.az, Kengerli
--------
22:53