Lexus LS TMG Sport 650: az qaldı - FOTO

4 Noyabr 2013 19:38
Car Magazine dərgisi bildirir ki, Toyota Motorsport GmbH-ın (TMG) idman bölməsi artıq var gücü ilə Lexus LS Sports 650 konseptinin seriya versiyası üzərində işləyir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bu dərginin noyabr nömrəsində dərc edilmiş məqalədə deyilir ki, konsept Toyota baş direktoru Akio Toyodanın xoşuna gəlib və o avtomobili cəmi on nüsxə ilə məhdudlaşdırılmış seriyada buraxmağı qərara alıb. Toyoda on avtomobildən birini özünə götürəcək, digər doqquzunu isə özünün ən yaxşı dostlarına hədiyyə edəcək.

Model LS yeni nəsili şirkətin diler mərkəzlərində çıxdıqdan sonra, yəni 2015-ci ildən sonra buraxılacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.