Windows 8.x sürətlə populyarlaşır

4 Noyabr 2013 21:14
Net Marketshare sirkətinin 2013-cü ilin oktyabr ayına olan məlumata görə, Windows 8 və Windows 8.1 əməliyyat sistemlərinin (ƏS) ümumi payı 9,25% (müvafiq olaraq 7,53% və 1,72%) olub. Populyarlığına görə Windows 7 ƏS liderdir, onun masaüstü kompüterlər bazarında payı 46,42% təşkil edir. İkinci yerdə 31,24% bazar payına malik Windows XP qərarlaşıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Linux ƏS-nin payı Windows 8.1 ilə müqayisədə 0.1% azdır və Net Marketshare şirkətinin versiyasına görə, sözügedən sistem populyar əməliyyat sistemlərinin siyahısında yeddinci yerdə qərarlaşıb.

Oktyabr ayının nəticəsinə görə, Windows ƏS-nin ümumi payı 90,66%, Mac OS X platformasında 7,73%, Linuxda isə 1,61% təşkil edib.

Milli.Az