Oman regionda İran qazının satışı mərkəzinə çevriləcək

4 Noyabr 2013 11:24

Oman regionda İran qazının satışı mərkəzinə çevriləcək

Trend-in Press TV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə bazar günü İranın neft naziri Bijan Namdar Zanqanə bildirib.

"Biz Omanla əsas məsələləri artıq razılaşdırmışıq", - deyə nazir deyib.

Onun sözlərinə görə, Oman və İran arasında müqavilə İran təqvimi ilə ilin sonunda (19 mart 2014) və ya yeni ilin əvvəllərində imzalanacaq.

Milli.Az