Türkiyədə siyasi partiyalar arasında qalmaqal: ölən və yaralananlar var

3 Noyabr 2013 11:36

Dalaşan partiya üzvlərinə naməlum avtomobildən atəş açılıb

Türkiyədə PKK terror təşkilatının siyasi cinahı Sülh və Demokratiya Partiyasının (BDP) tərəfdarları ilə Azad Mübarizə Partiyasının (HÜDA-PAR - Hür Dava Partiyası) tərəfdarları arasında qalmaqal baş verib. Yerli mətbuatın yaydığı xəbərə görə, Batman şəhərində baş vermiş qalmaqalda silahlardan istifadə olunub. Hadisə nəticəsində ölən və yaralananlar var.

Məlumata görə, BDP-nin bələdiyyə seçkisi ilə bağlı aksiya keçirdiyi meydanda HÜDA-PAR tərəfdarları öz partiyalarının broşurlarını paylamağa çalışıblar. BDP gənclər təşklatının üzvləri isə bu cəhdin qarşısını almağa çalışarkən tərəflər arasında dava düşüb.

Bu vaxt BDP üzvlərinə aid olduğu iddia edilən avtomobildən dalaşanların üstünə atəş açılıb. Atəş nəticəsində 1 nəfər ölüb, biri ağır olmaqla 4 nəfər isə yaralanıb.

Dərhal hadisə yerinə çevik qüvvət polis alayı cəlb olunub və HÜDA-PAR üzvlərinin təhlükəsizliyi təmin olunub.

Hadisə barədə açıqlama verən BDP-nin həmsədri Sərdar Atalay baş verənlərdə HÜDA-PAR üzvlərinin əli olduğunu, atəş açılan avtomobilin dövlət nömrə nişanının müəyyənləşmədiyini iddia edib.

Qeyd edək ki, 2012-ci ildə yaradılan və 2013-cü ildə qeydiyyatdan keçən HÜDA-PAR Türkiyənin qərbində yaşayan, əsasən mühafizəkar kürd xalqının dəstəklədiyi siyasi partiyadır.

Milli.Az