Son illər ölkəmizin hər yerində, xüsusilə də Bakıda biri-birindən gözəl binalar tikilir, yollar çəkilir, təmir işlər aparılır. Bu cür tikililərin əksəriyyətinin üzərində isə yalnız "müvəqqəti narahatlığa görə üzr istəyirik" cümləsinin yazıldığı lövhə görürük. Amma ətrafdakılara verdiyi narahatçılığa görə bu üzrü kimin nəyə görə istədiyini və müvəqqəti halın nə vaxtacan davam edəcəyini heç kim bilmir. Çünki lövhənin üzərində yalnız üzr istənildiyi barədə məlumat verilir. Buna görə də bəzən balaca bir tikilinin araya-ərsəyə gəlməsi üçün 2-3 il vaxt sərf edilir. Bu isə müvəqqəti narahatlıq olmur. Amma xarici ölkələrdə, heç uzağa getməyək, qonşu Türkiyədə, Rusiyada tikilən, təmir edilən binaların yaxınlığında uzaqdan belə oxunacaq ölçüdə üzərində tikintinin, təmirin kim tərəfindən nə vaxt başlandığı və nə zamana kimi davam edəcəyi, həmçinin işi aparan şirkətin adı və telefon nömrələrinin yer aldığı böyük lövhələr qoyulur. Həmin ərazidən keçən insanlar da həmin məkanda nəyin tikildiyini bilir, narahatlığın da müvəqqəti olduğunu nəzərə alıb heç narahat da olmurlar.Aparılan tikinti işləri barədə ictimaiyyəti əvvəlcədən məlumatlandırrmaq da lazımdır