Scion SEMA-dan 8 yenilik - FOTOSESSİYA

3 Noyabr 2013 16:45
Toyota -nın törəmə markası olan Amerika şirkəti Scion SEMA tüninq-şousunda təqdim etməyə hazırlaşdığı yeniliklərdən danışıb. Sərgi noyabrın 5-dən 8-dək Las-Veqasda keçiriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Scion FR-S kupesi Subaru BRZ və Toyota GT86 modellərinin analoqudur və sərgiyə dörd xüsusi versiya ilə gətiriləcək: Steve Aoki x Scion FR-S, Bulletproof FR-S Concept One, GReddy Performance x Scion Racing Drift FR-S və FR-S Style J. Onların hər birini standart modeldən eksklüziv tərtibat, təchizat və həmçinin mühərrik və asqıda baş vermiş müxtəlif texniki tamamlamalar ayırır.

Scion xB Cartel heçbeki Customs and Quality Coachworks emalatxanası tərəfindən hazırlanmış Strictly Business Cartel adlı tamamlamalar proqramının sayəsində mini-ofisə çevrilib və bort WiFi girişi nöqtəsini, Apple Mac Mini, naqilsiz klaviatura və siçan, həmçinin hands-free imkanı əldə edib.

Həmçinin şouda Scion Tuner Challenge proqramı çərçivəsində hazırlanmış Scion tC kupesinin üç variantı təqdim ediləcək: Simpli-tC, WSD-tC və L-DZ Concept. Noyabrın 6-da müəyyən ediləcək ən yaxşı layihənin müəllifi 10 min dollar mükafat alacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.