Apple, Microsoft və Sony müharibəsi başlandı

2 Noyabr 2013 16:14
Google, HTC, Samsung və Huawei şirkəti Nortelin patentlərinə görə məhkəməyə verilib. İddiaçı qismində Apple, Microsoft, Blackberry, Ericsson və Sony şirkətlərinin daxil olduğu Rockstar konsorsiumu çıxış edir.

ICTnews elektron xəbər xidməti pitbit.ru saytına istinadən bildirir ki, məhkəmə işinə Texas ştatında ABŞ-ın dairə məhkəməsində baxılacaq. Rockstar konsorsiumu cavabdehləri patent hüquqlarını pozmaqda ittiham edir.

Googleun mətbuat katibi şərh verməkdən imtina edib. Samsung, Huawei, HTC və Rockstar nümayəndələri, həmçinin heç bir məlumat verməyiblər.

Bildirilib ki, Samsung, Huawei və HTC şirkətləri Googleun Android platforması ilə işləyən smartfonlar istehsal edirlər və Amerikanın Apple və Microsoft korporasiyalarının ciddi rəqibi hesab edilirlər.

Milli.Az