Avtomobilin dizaynına daha çox təcavüzkarlıq qatan bodi-kitə böyük ölçülü təkərlər və aşağı salınmış asma da əlavə edilə bilər. Staylinqin əlavə elementləri və mühərrikin gücləndirilməsi böyük yolsuzluq avtomobilini çətin yolları fəth edə bilən əsl sportkara çevirib.
Britaniya cipinin xarici görünüşündə biz banın qabaq hissəsini bəzəyən böyük qabaq bamper, diodlu hərəkət işıqları və kapotun üstündə "Onyx" atelyesinin emblemini görürük. Qabaq bamperə tor ilə örtülmüş üç hava çıxıntısı, fərqli diffuzor və qabaq təkər arkalarının genişləndiriciləri ilə birləşdirilmiş yan əlavələr daxildir.
Banın ətrafları karbon moldinqlərlə və qapılarda analoji əlavələrlə bəzədilib. Bundan əlavə yanlarda kandar qoymaları, xüsusi olaraq eyniləşdirilmiş lövhəciklər və təkər arkalarının arxa genişləndiriciləri var.
Tünerlər tərəfindən avtomobilin arxa hissəsində bir cüt karbon spoyler (damın sonunda və baqaj qapısının şüşəsinin üstündə) və 3-qabırğalı diffuzoru olan arxa bamper quraşdırılmışdır. Banın ikirəngli boyanması və qaz buraxma sisteminin romb şəkilli sonluqları premium sinfinə məxsus yolsuzluq avtomobilinin xarici görünüşünü tamamlayır.
25 mm aşağı salınmış klirens və aşağı profilli enli şinləri olan 14-milli böyük disklər avtomobilin idman xarakterini vurğulayır. "Onyx"-un nümayəndələrinin sözlərinə görə, bu klırens yüksək sürətlərdə dayanıqlılığı 12 faiz artırır. Ən güclü benzin modifikasiyası əsasında yığılmış "Range Rover Aspen Ultimate Series"-in kapotu altında 5.0-litr həcmi olan "səkkizlik" dayanır ki, tünerlər onun gücünü 625 a.g.-ə çatdıra biliblər. Bu, adi modeldən 115 a.g. çoxdur.
Milli.Az