Toy şənliklərində, müxtəlif mərasimlərdə stol arxasında kişilərlə bərabər oturan qadınların da spirtli içki içməsinin dəfələrlə şahidi olmuşuq. Əvvəllər bu "dəb"ə müğənni, artist camiyəsində rast gəlinirdisə, indi hal az qala, "ənənə"yə çevrilməyə başlayıb. Hətta əlindəki badəni peşəkarlar kimi birnəfəsə başına çəkən qadınlar da az deyil. Üstəlik, içki içməyən qadınlara lağa edib, onları müasirlikdən uzaq olmaqda qınayanlar da var. Qadınların spirtli içkilərdən istifadəsi isə zamandan asılı olmayaraq, cəmiyyətdə heç zaman birmənalı qarşılanmır.Spirtli içki qəbul etməyi müasirliyin əlaməti sayan qadınlar, bununla özlərini aldadır və sağlamlıqlarını ciddi riskə məruz qoyurlar